Haqqımızda

Şirkətimiz – Flyex.az qısa müddət ərzində Türkiyədən onlayn mağazalar vasitəsilə sifariş edilən malların hava nəqliyyatı ilə Azərbaycana çatdırılmasını təşkil edir. Türkiyədə yerləşən anbarımız vasitəsilə onlayn mağazaların Azərbaycana birbaşa göndərməkdən imtina etdikləri məhsulları da əldə edə bilərsiniz. Bağlamanız Türkiyə anbarımıza daxil olduqdan sonra ən gec 3-5 gün ərzində Bakı anbarımıza göndərilir. Flyex.az ünvanından və təhvil məntəqələrindən tam pulsuz şəkildə qeydiyyatdan keçdikdən sonra xidmətlərimizdən istifadə edə bilərsiniz. Bağlamanız Türkiyədə yerləşən anbarımıza daxil olduğu andan etibarən sizə tam təhvil verilənədək məsuliyyət daşıyırıq.

Flyex.az üstünlükləri:

1. 100% sığorta

Sifariş etdiyiniz məhsulları Türkiyə anbarımıza daxil olduqdan sonra tam pulsuz şəkildə 100% sığortalayırıq.

2. Həvalə et

Günün 24 saatı da aktiv olan “Həvalə et” xidməti ilə saytımızda qeydiyyatdan keçdikdən sonra sadəcə almaq istədiyiniz məhsulun linkini bizə göndərərək alış-veriş edə bilərsiniz. Həmçinin siz “Həvalə et” xidməti ilə onlayn ödəniş qəbul etməyən, yalnız Türkiyədə “Kapıda ödeme” tələb edən mağazalardan da alış-veriş edə bilərsiniz.

3. İadə et

Müştəri məmnuniyyətini hər zaman yüksək səviyyədə saxlamaq üçün “İadə et” xidməti də hər zaman sizin üçün aktivdir. Çünki bizə görə müştəri hər zaman haqlıdır. Türkiyədən sifariş etdiyiniz məhsullar müxtəlif səbəblərə görə yanlış rəng, ölçü və s. göstəricilərə görə istədiyiniz formada sizə çatmasa, bu zaman “İadə et” xidmətimizdən istifadə edə və pulunuzu geri ala bilərsiniz.

4. Adresə çatdırılma

Sifariş verdiyiniz bağlamanın həcminə, bölgəyə bağlı olaraq adresinizə gətirilməsini tələb edə bilərsiniz.