1. “Flyex” istehsalçı şirkət deyil və heç bir satış xidməti göstərmir. Flyex.az ünvanından qeydiyyatdan keçən hərkəs sifariş xidmətindən yararlanaraq ödənişini şəxsi hesabından “Flyex”in əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş prosesində məbləğdən asılı olaraq müəyyən ödəmə /bank komissiyası nəzərdə tutulur.
2. Flyex.az ünvanından qeydiyyatdan keçən sifariş xidmətindən yararlanan istifadəçilərin qapıda ödəmə şərti ilə göndərdikləri sifarişlər İstanbul anbarında qəbul edilərək rüsumu ödənilir və müştərinin balansına borc olaraq yazılır.
3. Flyex.az Türkiyədəki istehsalçı firmanın səhvinə və göndərdiyi məhsulun keyfiyyətinə, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə heç bir öhdəlik daşımır.
4. Türkiyədəki istehsalçı firmanın Flyex.az ünvanından qeydiyyatdan keçən sifariş xidmətindən yararlanan istifadəçilərin sifariş etdiyi məhsulu “Flyex” Türkiyə anbarına çatdırma müddətinə görə “Flyex” heç bir öhdəlik daşımır.
5. Flyex.az müştərilərinin etdikləri sifarişləri üzərində heç bir fərqli əməliyyat – rəng, ölçü və s. aparmır.
6. Flyex.az müştərilərinin sifariş etdiyi onlayn mağazanın güvənirliyi və ödəmə şərtləri ilə bağlı heç bir öhdəlik daşımır.
7. Flyex.az ünvanından qeydiyyatdan keçərək sifariş xidmətindən yararlanan hər bir istifadəçinin sifariş etdiyi məhsulda problem yaşanarsa, (məhsulun tükənməsi, sifariş olunan ölçünün olmaması və s.) istifadəçinin ödədiyi məbləğ Türkiyədəki mağaza tərəfindən kartına geri qaytarılır.
8. Flyex.az ünvanından qeydiyyatdan keçərək sifariş xidmətindən yararlanan hər bir istifadəçinin etdiyi ödəniş Türkiyənin milli valyutası olan Türkiyə lirəsi ilə aparılır, əlavə bank komissiyaları və valyuta konvrtasiyasına görə “Flyex” heç bir məsuliyyət daşımır.
9. Flyex.az ünvanından qeydiyyatdan keçərək sifariş xidmətindən yararlanan hər bir istifadəçinin sifariş etdiyi məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, məbləğdən asılı olaraq ödənilən komissiya geri ödənilmir.
10. Flyex.az ünvanından qeydiyyatdan keçərək sifariş xidmətindən yararlanan hər bir istifadəçinin etdiyi sifariş ilə bağlı hər hansı problem yaranarsa, bununla bağlı istifadəçiyə telefon və ya hər hansı bir vasitə ilə məlumat verilir.
11. Flyex.az ünvanından qeydiyyatdan keçərək sifariş xidmətindən yararlanan hər bir istifadəçi sifariş etdiyi məhsulun “Flyex” Bakı anbarına daxil olması barədə məlumat alır. Məlumat verildikdən 15 gün ərzində sifariş edilən məhsul təhvil götürülməzsə, anbarda qaldığı hər günə görə istifadəçi 0.50 AZN dəyərində “Flyex”ə cərimə ödəməyi öz öhdəsinə götürür. 45 gün ərzində isə bağlama təhvil alınmazsa, növbəti gün aktlaşdırılaraq istifadəçinin hesabından silinir. Məbləğ heç bir halda müştəriyə geri qaytarılmır.
12. Flyex.az ünvanından qeydiyyatdan keçərək sifariş xidmətindən yararlanan hər bir istifadəçi sifariş etdiyi məhsulun qəbulundan sonra imtina edərsə, bu zaman istifadəçiyə heç bir məbləğ geri ödənilmir. İstifadəçi 15 günlük cərimə məbləğini “Flyex”ə ödəmədiyi təqdirdə yeni sifariş xidmətindən yararlana bilməz.
13. Flyex.az ünvanından qeydiyyatdan keçərək sifariş xidmətindən yararlanan hər bir istifadəçinin etdiyi ödənişlərin kartlarına geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddət bankdan asılı olaraq arta da bilər.
14. Türkiyədən edilən sifarişlərdə çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.
15. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qadağan olunmuş məhsulların sifarişi heç bir halda qəbul olunmur.
16. Hər bir istifadəçi, verdiyi sifarişlərə görə öhdəlik alaraq məsuliyyət daşımaqdadır.
17. Bağlamanın həcm çəkisi, fiziki çəkidən yüksək olarsa, həmin bağlamanın həcm çəkisi əsas götürülərək rüsumu hesablanır. Həcm çəkisi havayollarında da eyni formada hesablanmaqdadır və Flyex pdənişi havayoluna həcm çəkisi əsas götürərək ödəmə etməkdədir.
18. Həcm çəkisi, bağlamanın eni * uzunu * hündürlüyü : 6000 = nəticədəki kg olaraq hesablanmaqdadır.
19. Bütün istifadəçilər əlaqə vasitələrini düzgün qeyd etmədiyi halda, məlumatlandırıcı mesajları ala bilməyəcyini bilməlidir və bundan qaynaqlanan hallarla yaranacaq məsuliyyəti Flyex daşımamaqdadır.